Ərdoğanın müavinindən sensasiyalı açıqlama

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidРоскомнадзор может заблокировать доступ в Twitter
Роскомнадзор может заблокировать доступ в Twitter - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ-da kifayət qədər FETÖ-çü var, yenilərinə ehtiyac yoxdur..."

BAKI, 9 oktyabr — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, İzmirdən millət vəkili olan Hamza Dağ, Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranı ilə bağlı inanılmaz açıqlama verib. Sputnik Azərbaycan "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, Hamza Dağ, vizaların dayandırlması ilə bağlı "Tvitter" səhifəsində paylaşım edib.

​O, ABŞ-ın Ankaradakı səfiri Con Bassa ünvanlanan mesajında yazıb: "ABŞ-ın Türkiyədəki səfirliyi, ABŞ-da kifayət qədər FETÖ-çü var, yenilərinə ehtiyac yoxdur" demək istəyib. İllərlə təhlükəsiz bölgə tələbini səsləndirdik, əhəmiyyət vermədilər. İndi özümüz hərəkətə keçincə, bunlar da fəallaşdılar. Oğlum, "Bass" git".

Xəbər lenti
0