Hakim partiyadan ilk açıqlama: "Prezident özü danışacaq"

© REUTERS / Jonathan ErnstABŞ vizası, arxiv şəkli
ABŞ vizası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Prosesi izləyirik, bizə qarşı olan sanksiyalara səssiz qala bilmərik"

BAKI, 9 oktyabr — Sputnik. ABŞ-la Türkiyə arasında qarşılıqlı viza qərarı ilə bağlı, Türkiyənin hakim partiyasından ilk açıqlama gəlib. Sputnik Azərbaycan "Sabah"a istinadla xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mahir Ünal, ABŞ-la yaşanan viza böhranından danışıb.

"Bu gün Türkiyə prezidenti də, Xarici İşlər Nazirliyimiz də lazımi açıqlamalar verəcək. Prosesi izləyirik. Bizə qarşı olan sanksiyalara səssiz qala bilmərik. Bu mövzuda prezidentimiz bir azdan lazımi açıqlamalar verəcək. Biz hər şeydən əvvəl NATO-nun müttəfiqiyik. Münasibətlərimizə son dərəcə diqqət edirik" — Ünal bildirib.

Xəbər lenti
0