CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhlükəli tapıntı bu rayonun gələcəyini sual altına qoyur - Həyəcan siqnalı

© Photo : ANAMAXızıda 207 ədəd partlamamış hərbi sursat aşkar edilib
Xızıda 207 ədəd partlamamış hərbi sursat aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
ANAMA, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilib

BAKI, 8 oktyabr — Sputnik. Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilib.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 7-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 207 ədəd partlamamış hərbi sursat (PHS), 56 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 601 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 879 100 kv.m (87.91 ha) ərazi yoxlanılıb. 

Сотрудники ANAMA в Хызинском районе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xızıda tapılan sursatların sayı ərazinin döyüş bölgəsi olması barədə şübhələr oyadır

Ümumiyyətlə, 36 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 37 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 10 933 ədəd partlamamış hərbi sursat (PHS), 4 476 ədəd partlamış-yanmış sursat qalıqları və 22 162 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 41 236 828 kv.m (4 124 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti
0