Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Adi sirkə bu xəstəlikləri müalicə edir

CC BY 2.0 / Vassilis / Olive Oil and VinegarОливковое масло и уксус, фото из архива
Оливковое масло и уксус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yazıda biz sizə alma sirkəsi ilə müalicə üsullarını təqdim edirik

BAKI, 8 oktyabr — Sputnik. Təbii sirkə çox faydalı müalicəvi məhsuldur. Sirkə qədim zamanlardan müxtəlif xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunurdu. Bu barədə Sputnik Azərbaycan saglamolun.az-a istinadən məlumat verir.

Dahi İbn Sina, Paraselsin tibbi traktatlarında sirkə ilə müalicə haqqında məlumat var.

Bu yazıda biz sizə alma sirkəsi ilə müalicə üsullarını təqdim edirik. Nəzərə almaq lazımdır ki, yalnız təbii alma sirkəsi sağlamlığa fayda verə bilər.

1. Baş ağrısı.

Sirkə ilə kompreslər baş ağrısı zamanı kömək edir. Bunun üçün sirkəni bir qədər qızdırın, içində pambıq əski isladın və alın nahiyəsinə qoyub uzanın.

Bu məqsədlə sirkəli sudan da istifadə etmək olar. 1 stəkan suya 1 x.q. təbii alma sirkəsini tökün və bu suyu için. Bu vasitə təzyiqi tənzimləməyə də kömək edir. 

Səhər yeməyi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhər yeməyi yemədən evdən çıxmayın, çünki...

2. Hərarəti salmaq üçün.

Sirkəli su sınanmış hərarət salan vasitədir. Sirkəni yarıbayarı su ilə durulaşdın, məhlulda əski isladın və xəstənin bədənini silin.

3. Boğaz ağrısı.

Boğaz ağrısı zamanı sirkəli su çox yaxşı müalicəvi təsir edir. 1 stəkan suya 2 x.q. sirkəni əlavə edin və boğazınızı qarqara edin.

4. Varikoz xəstəliyi.

Varikoz xəstəliyi zamanı sirkə çox yaxşı kömək edir — damarların divarlarını möhkəmləndirir, ödemləri azaldır.

Bu məqsədlə hər axşam ayaqlarınıza alma sirkəsi sürtün və səhərə qədər saxlayın.

Bundan əlavə hər gün yeməkdən 20 dəqiqə əvvəl sirkə əlavə olunmuş su için (1 stəkan su + 1 x.q. alma sirkəsi). Bu vasitə ürək və damaların sağlamlığı üçün çox faydalıdır.

5. Oynaq ağrıları.

Ağrıyan oynağa sirkə ilə kompres qoyun.

Xəbər lenti
0