BAKI, 8 oktyabr — Sputnik. Kiyevdə keçirilən beynəlxalq marafonun iştirakçısı qaçış zamanı dünyasını dəyişib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, qaçış zamanı marafonun 54 yaşlı kişi iştirakçısının halı qəflətən pisləyib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, səkkizinci beynəlxalq marafona dünyanın 55 ölkəsindən təmsilçilər qatılıb.