ELM

Elektriklə işləyən təyyarə hazırlanır

© AFP 2024 / PHILIPPE HUGUENEasyJet aviaşirkətinə məxsus təyyarə, arxiv şəkli
EasyJet  aviaşirkətinə məxsus təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkət tarixə düşəcək bu işin həyata keçirilməsi üçün mühəndis və kimyaçılardan ibarət qrup yaradıb

BAKI, 8 oktyabr — Sputnik. Böyük Britaniyanın “Easyjet” aviaşirkəti elektriklə işləyən sərnişin təyyarəsi hazırlamaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, şirkət tarixə düşəcək bu işin həyata keçirilməsi üçün mühəndis və kimyaçılardan ibarət qrup yaradıb. Şirkətdən bildirilib ki, 500 kilometr məsafəni qət edə biləcək bu təyyarənin hazırlanmasına artıq başlanılıb. Elektriklə işləyən təyyarənin ən böyük üstünlüyü yanacaq xərcinin minimuma endirilməsidir.

Şirkətin icraçı direktoru Karolin Makkol deyib: “Eynilə avtomobil sənayesindəki kimi artıq aviasiya sənayesində də ətraf mühitdəki mənfi təsirləri azaltmaq üçün elektrik texnologiyasından faydalanırlar. İlk dəfə yanacaqsız təyyarə uçuşunu həyata keçirəcəyimiz üçün həyəcanlıyıq. Elektriklə işləyən təyyarənin nə vaxt uçacağı maraqla gözlənilir”.

Xəbər lenti
0