Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Cəhənnəm sakinləri" nümayiş olunub

© Sputnik / Anar MustafayevAkademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Milli Dram Teatrında "Cəhənnəm sakinləri" tamaşasının premyerası olub

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Cəhənnəm sakinləri" tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesinin əsasında hazırlanan tamaşanın premyerasında hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Premyeradan əvvəl jurnalistlərə müsahibə verən xalq yazıçısı Elçin bildirib ki, onun müəllifi olduğu pyeslər Azərbaycanda və dünyanın ən böyük teatrlarında tamaşaya qoyulur: "Bu gün mənim üçün çox xoşdur. 

Здание Азербайджанского государственного театра юного зрителя в Баку - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycan xalq artisti üsyan etdi: "Bütün yaşlı nəslin aktyorlarını..."

Çünki pyeslərim nəinki Azərbaycanda dünyanın ən böyük teatrlarında tamaşaya qoyulur. Amma səmimi şəkildə deyim ki, mənim üçün ən böyük yaradıcılıq hadisəsi — pyeslərin səhnə həyatı ilə əlaqədar deyirəm — ən böyük hadisə məhz bu teatrda olur. Bura bizim müqəddəs sənət ocaqlarımızdandır. Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib.

Başqa teatrlarda Azərbaycan dilində təqdim olunub. Amma Akademik Milli Dram Teatrında ilk dəfədir səhnəyə qoyulur. Bu, mənim Azər Paşa Nemətovla dördüncü yaradıcılıq işimdir. İlk işlərimiz 90-cı illərə təsadüf edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur ki, biz yenidən yaradıcılıq işinə başlamışıq. Ümid edirəm ki, "Cəhənnəm sakinləri" tamaşaçıların xoşuna gələcək".

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.

Xəbər lenti
0