Vüqar Bayramov: “Məzənnə siyasətinin adının necə olması vətəndaş üçün önəmli deyil”
“Mərkəzi Bankın yenidən tam üzən məzənnəyə keçidi elan etməsinin səbəbini izah etmək çətindir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
“Mərkəzi Bankın bunu yenidən açıqlaması vətəndaşlarda tam üzən məzənnəyə keçidlə bağlı əminliyin olmaması ilə bağlıdır. Məzənnə siyasətinin adının necə olması vətəndaş üçün əhəmiyyətli deyil. Azərbaycan üçün önəmli olan manata olan inamın səviyyəsidir” — deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev mətbuata açıqlamasında tam üzən məzənnə rejiminə keçidin artıq təmin olunduğunu bildirib.