Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

“Tı super! Tansı”nın azərbaycanlı iştirakçılarının çıxışdan sonrakı emosiyaları

Abunə olmaq
Azərbaycandan olan rəqs cütlüyü – İlkin Hüseynov və Sevinc Behbudova beynəlxalq rəqs layihəsinin ikinci turuna keçiblər. İştirakçıların çıxışdan sonra hansı təəssüratları bölüşdüyünə Sputnik Azərbaycan-ın videosunda baxın.

Rusiyanın NTV telekanalı və Sputnik-in birgə layihəsi olan "Tı super! Tansı"nın azərbaycanlı iştirakçıları — Bakıdakı 1 saylı Uşaq evində tərbiyə alan İlkin Hüseynov və Sevinc Behbudova birinci turda iştirakdan sonrakı təəssüratlarını bölüşüblər.

Müsabiqədə 142 yeniyetmə rəqqas iştirak edir. Onlar böyük bir auditoriya qarşısında öz xoreoqrafik bacarıqlarını nümayiş etdirərək populyarlıq qazanmaq şansını əldə ediblər.

Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin Sevda Fətullayeva və Abbasqulu Səfərov
təmsil edir.

Xəbər lenti
0