BAKI, 7 oktyabr — Sputnik. "ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəzindən azad olunub.
"Report"un məlumatına görə, teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.
Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.
Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.
Bir neçə gün əvvəl ATV telekanalının rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunmuşdu.