CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubanın ağ alması...

© Photo : QubalılarГуба, фото из архива
Губа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Festival yerli alma növləri və ondan hazırlanan mürəbbələr və şirniyyatların nümayişi ilə başlanılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Bu gün Qubada “Alma bayramı” keçirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin xəbərinə görə, qubalılar “Alma festifalını”nın sevincini artıq 5-ci dəfədir ki, yaşayırlar. Bayram tədbirində baş nazirin müavini Abid Şərifov, millət vəkilləri Aydın Mirzəzadə, Vahid Əhmədov, Yevda Abramova, rayonun icra başçısı Yaşar Məmmədov, idarə rəhbərləri və qonaqlar iştirak ediblər. Tədbirə 200 yaxın xarici ölkə vətəndaşı qatılıb.

Festival yerli alma növləri və ondan hazırlanan mürəbbələr və şirniyyatların nümayişi ilə başlanılıb. Millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə sərgilərə baxış keçirilib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Xəbər lenti
0