Dövlət başçısının iqamətgahına hücum edildi: 3 ölü

© REUTERS / Tomohiro OhsumiMəhəmməd bin-Salman əl-Səud
Məhəmməd bin-Salman əl-Səud - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb

BAKI, 7 oktyabr — Sputnik. Naməlum şəxslər Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz əl-Səudun Ciddədəki sarayına hücum edib.

“Report” xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi bu barədə açıqlama yayıb.

Sarayın mühafizəçiləri hücumu dəf edib.

Məlumata görə, səfirlik ABŞ vətəndaşlarından uğursuz hücuma məruz qalan kral sarayının yerləşdiyi ərazidən kənarda gəzməyi istəyib.

Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı oktyabrın 5-də Rusiyaya səfər edib. Onun oktyabrın 7-də ölkəsinə dönəcəyi bildirilir.

Xəbər lenti
0