BAKI, 7 oktyabr — Sputnik. Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında telefon söhbəti olub.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident mənbələrindən əldə olunan məlumata görə, liderlər söhbət zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.
Tərəflər Prezident Ərdoğanın oktyabrın sonunda Azərbaycana edəcəyi səfərə də toxunulub.