BAKI, 7 oktyabr — Sputnik. Belə hesab olunur ki, əksər böyüklərin orqanizmi süd zülalı olan laktozanı parçalamaq üçün lazım olan fermenti, demək olar ifraz etmir və bu da böyüklərdə südə qarşı dözümsüzlüyə səbəb olur.
Sputnik Azərbaycan Saglamolun-a istinadən xəbər verir ki, bu səbəbdən mütəxəssislər böyüklərə süd içməyi tövsiyə etmirlər və südün əvəzinə süd məhsullarını (qatıq, kefir, kəsmik, xama və s.) istehlak etməyi məsləhət görürülər.
Lakin Finlyandiya və İsveç mütəxəssisləri son araşdırmalar zamanı aşkar ediblər ki, əslində südə qarşı olan dözümsüzlük böyüklərin az bir hissəsində müşahidə olunur. Əksinə, südün aminturşuları insan orqanizminə ideal şəkildə uyğundur.
İsveç alimləri sübut ediblər ki, süd və süd məhsullarının gündəlik istehlakı böyüklərdə şəkərli diabetin inkişafının riskini xeyli azaldır. Həmçinin süd çox yaxşı sakitləşdirici, bəlğəmgətirici və sidikqovucu təsirlə malikdir.
Süd həzm sisteminiz tərəfindən yaxşı mənimsənilirsə (qarında köp, ağrı, sancılar və s. olmursa), hər gün 1 stəkan süd içə bilərsiniz.