Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu ərzaqları soyuducuya qoymayın

CC0 / Pexels / RefrigeratorХолодильник с продуктами, фото из архива
Холодильник с продуктами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Soyuducuya qida qoyarkən diqqətli olmaq lazımdır

BAKI, 7 oktyabr — Sputnik. Adətən bazardan aldığımız hər şeyi soyuducuya saxlamağa çalışırıq. Düşünürük ki, soyuducuda yerləşdirdiyimiz ərzaqlar daha gec xarab olacaq. Əslində isə bu doğru deyil. Hər qidanı soyuducuda saxlamaq olmaz.

Sputnik Azərbaycan Ailem-ə istinadən soyuducuya qoymayacağımız qidalarla sizi tanış edir.

Zeytun yağı

Zeytun yağını uzun müddət saxlamaq istəyirsinizsə, onu sərin və quru yerdə saxlayın. Həmçinin qaranlıq olmalıdır. Zeytun yağı sərinliyi sevir, amma çox soyuq olduqda keyfiyyətini itirir. Əgər adıçəkilən yağdan gündəlik olaraq istifadə edirsinizsə, onu şkafda da saxlaya bilərsiniz.

Kartof

Kartofu soyuducuya qoymaq olmaz. Bu zaman onun tərkibindəki nişasta şəkərə çevrilir. Qaynadıldıqda və ya qızardıldıqda şəkər aminoasit asparajin ilə birləşərək, çox zərərli akrilamid adlı kimyəvi maddə istehsal edir. Sözügedən maddə insanda əvvəlcə ürəkbulanma və digər narahatlıqlar yaradır, sonra isə dünyanın ən sağalmaz xəstəliklərindən olan xərçəngə yol açır.

Banan

Xüsusilə yetişməmiş bananı soyuqdan uzaq tutmaq lazımdır. Soyuq onun zədələnməsinə səbəb olur və tədricən xarab olmasına şərait yaradır. Buna görə də bananlar qəhvəyi rəng alana qədər soyuducuya qoymaq məsləhət deyil. 

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Prezidentin köməkçisi: "Azərbaycanın sağlam imicini zədələməyə çalışırlar"

Pomidor

Həqiqətdir ki, kal meyvə-tərəvəzləri soyuducuya qoyanda onların yetişməsinin qarşısı alınır. Buna görə də yetişməmiş pomidoru da soyuducuya qoymaq məsləhət görülmür.

Qəhvə

Qəhvə toxumunun ətrafdakı qoxuları özünə çəkmək xüsusiyyəti var. Bu səbəbdən qəhvənin soyuducuya qoyulması avtomatik olaraq ona çoxlu yad qoxuların hopmasına şərait yaradacaq.

Soğan və sarımsaq

Soğan və sarımsağın sərin, quru yerdə saxlanılması uzun müddət təzə qalmasına şərait yaradır. Onları soyuducuya qoymaq isə parlaq xarici səthinə zərər vurur.

Çiyələk

Yay çiyələklərini evə gətirdikdən sonra soyuducuya qoya bilərsiniz. Amma onu yuyaraq soyuducuya qoymaq kiflənməsinə səbəb ola bilər.

Bal

Soyuq temperatur balın molekulyar quruluşuna zərər verir və onun ləzzətini pozur. Buna görə balı istidən uzaq, sərin və quru yerdə saxlayın.

Xəbər lenti
0