Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çindən sonra Avropa da eyni addımı atır

© REUTERS / Benoit Tessier / illüstrasiyaVirtual pul vahidi bitkoin
Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
Abunə olmaq
Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır

BAKI, 7 oktyabr — Sputnik. Avropa Mərkəzi Bankı (ECB) kriptovalyutaların ilkin emissiyasına (IPO) qadağa qoymağı müzakirə edir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Avstriyanın Mərkəzi Bankının rəhbəri və ECB-nin idarə heyətinin üzvü Evald Novotnı bildirib.

Novotni açıqlamasında qeyd edib ki, bitkoin kimi virtual valyutalar çox təhlükəlidir. O, virtual valyutaların Avropada IPO-sunun qadağan olunması barədə sualı da cavablandırıb: "ECB-də bununla əlaqədar sərt qanuni məhdudiyyətlər qəbul olunacaq".

Xatırladaq ki, bir müddət əvvəl Çin Mərkəzi Bankı (PBOC) rəqəmsal valyutaların IPO-sunun qanundankənar olduğunu və bununla bağlı təbliğedici fəaəliyyətlərin dayandırılacağını bildirib. PBOC-un yaxın vaxtlarda bütün kriptovalyutaların Çində istifadəsinin və ticarətinin qadağan olunacağını təklif edəcəyi bildirilir. Bank kriptovalyutaların normal pullara ekvivalent dəyərə sahib olmayacağını qeyd edib. 

Xəbər lenti
0