Kamal Abdulla: “Dilə başqa dillərdən sözlərin daxil olmasından qorxmaq lazım deyil”
“Bizdə dilin yox olması illüziyasını yaradanların intellekt xəstəliyi var”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.
“Dil struktur şəklində hər bir azərbaycanlının beynində mövcuddur. Aparıcılar intellektə və müdrik danışığa malik olmalıdırlar. Biz intellektual dərəcəsi yüksək olmayan adamı televiziyaya gətirməməliyik. Mən inanıram ki, aparıcıların 80-90 faizinin ədəbiyyatdan xəbəri yoxdur və axırıncı dəfə “Əlifba” kitabını oxuyublar”-deyə o bildirib.