CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin köməkçisi: "Yaxşı ki, indi o telekanal yoxdur"

© Sputnik / Murad OrujovAzərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov: "Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin"

BAKI, 6 oktyabr — Sputnik. "Son 10 ildə telekanallarda süni reytinqə qaçmaq və saxta sorğular müəyyən problemlər yaradıb. İlk növbədə KİV və telekanal rəhbərləri bilməlidirlər ki, onlar cəmiyyətə nümunə təqdim edirlər. Azərbaycan cəmiyyətinə heç nə verməyəcək insanları tez-tez efirə çıxarmağın heç bir faydası yoxdur".

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əli Həsənov: "Prezident sərəncamında sadalanan nöqsanlar hələ də aradan qaldırılmayıb"

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda keçirilən konfransda, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə deyib. O, konfransda faydalı müzakirələrin aparılıdığını bildirib.

"Bütün sahələr üzrə əsas vəzifələrimiz, hədəflərimiz ortaya qoyuldu. Mən tamamilə razıyam ki, bu, tək KİV-in məsələsi deyil. Gündəmdə Azərbaycan dilinin saflığı məsələsi durursa, valideyndən, dayədən tutmuş, orta və ali məktəblər də daxil olmaqla, QHT və KİV-in də öz rolu var" — Həsənov vurğulayıb.

"Söhbət 3-5 aparıcıdan getmir. Aparıcı ora gələnə qədər hansı mərhələləri keçir? Hər kəs anlamalıdır ki, Azərbaycan dilini yaşatmaq üçün bir coğrafi ərazi var, o da bu ərazidir. Azərbaycan dilini yaşada biləcək bir toplum var, o da Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılardır. Hər kəs bu məsələyə məsuliyyətlə yanaşmalıdır. Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar" — o, əlavə edib.

Prezidentin köməkçisi televiziyaların tərkibində akademiyaların yaradılmasını da vacib sayıb: "AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur".

"Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur" — Ə. Həsənov bildirib.

Xəbər lenti
0