Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tapılan meyitin ilkin əlamətləri açıqlandı

CC0 / domeckopol / ChannelКанал, фото из архива
Канал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xızı prokurorluğunda CM-nin 125-ci maddəsilə cinayət işi açılıb, meyidin şəxsiyyəti araşdırılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Xızıda şəxsiyyəti naməlum olan meyit tapılıb. Xızı rayon prokurorluğundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, oktyabrın 5-də səhər saaatlarında rayon ərazisindən keçən Taxtakörpü-Ceyranbatan su kanalının 53,6 km-də, Giləzi qəsəbəsi ərazisində naməlum kişi meyiti tapılıb.

Üzərində heç bir zorakılıq əlaməti olmayan meyidin əynin yalnız alt paltarı olub.

Prokurorluq və polis əməkdaşları meyitə baxış keçirib. Onun boyu 170 sm, yaşının isə 55-60 arası olduğu deyilir.

Xızı prokurorluğunda CM-nin 125-ci maddəsilə cinayət işi açılıb, meyidin şəxsiyyəti araşdırılır.

Xəbər lenti
0