Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dolların məzənnəsi dəqiq yüksələcək

© REUTERS / Kevin LamarqueFED-in binası, arxiv şəkli
FED-in binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da sentyabr ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi açıqlandıqdan sonra FED-in bu il daha bir dəfə faiz artımına getmə ehtimalı 75 faizi ötüb

BAKI, 6 oktyabr — Sputnik. ABŞ-da sentyabr ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi açıqlandıqdan sonra FED-in bu il daha bir dəfə faiz artımına getmə ehtimalı 75 faizi ötüb.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ehtimal orta saatlıq maaşların proqnozlardan çox artması ilə bağlı olaraq yüksəlib. Əhalinin məşğulluq göstəricisi açıqlamasında orta saatlıq maaşlar proqnozlardan çox artıb. Bundan sonra FED-in bu il daha bir dəfə faiz artımına getmə ehtimalı 75 faizi ötüb.

FED-in Federal Açıq Bazar Komitəsinin 19 sentyabrdakı toplantısında 2017-ci ildə daha bir dəfə faiz artıracağına 50 faiz ətrafında ehtimal verilirdi.

Amma ABŞ-da sentyabr ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi 2010-cu ildən bəri ilk dəfə azalıb. Məşğulluq "Harvey" və "İrma" qasırğalarının təsirilə sentyabr ayında 33 min nəfər azalıb. Məşğulluğun 80 min artacağı gözlənirdi.

Xəbər lenti
0