Tramp İrana qarşı sərt qərar verəcək

© REUTERS / Yuri GripasПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri İrana qarşı yeni mübarizə strategiyasını açıqlayacaq

BAKI, 6 oktyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp, gələn həftə İranla nüvə sazişinin ləğv olunması barədə bəyanat verəcək. Sputnik Azərbaycan bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, Tramp, İranla imzalanan nüvə sazişinin Vaşinqtonun milli maraqlarına cavab vermədiyini düşünür. Mövzu ilə bağlı ABŞ mediası yazır ki, prezident Tramp, oktyabrın 12-də İrana qarşı yeni mübarizə strategiyasını açıqlayacaq.

"Bu dövlət terrorizmdə və bütün Yaxın Şərqdə sabitliyin pozulmasında birbaşa günahkardır" — Ağ Ev rəhbəri bir neçə gün əvvəl bildirmişdi. Beləliklə, İrana qarşı sanksiyaların yenidən bərpa ediləcəyi gözlənilir.

Xəbər lenti
0