Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İlham Əliyev qərar verdi: Dövlət dəstəyi davam edəcək

Abunə olmaq
Prezident ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsinə dair sərəncam imzalayıb

BAKI, 6 oktyabr — Sputnik. Prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda bildirilir ki, tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamına əsasən Nazirliyə ayrılmış vəsait hesabına 1,05 milyon (bir milyon əlli min) manat, o cümlədən tut (çəkil) tinglərinin alınmasına 775,0 (yeddi yüz yetmiş beş) min manat, barama toxumlarının alınmasına 275,0 (iki yüz yetmiş beş) min manat sərf etsin.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, tədarük olunan tut (çəkil) tinglərinin və barama toxumlarının, şəhər və rayonlarda tələbat nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etsin, sərəncama uyğun olaraq, tut (çəkil) tingləri və barama toxumlarının əvəzi ödənilmədən paylanıldığı məhsul istehsalçıları, habelə şəhər və rayonlarda bu ting və toxumlara tələbat barədə məlumatı Azərbaycan prezidentinə təqdim etsin.

Xəbər lenti
0