BAKI, 6 oktyabr — Sputnik. 2017-ci il Nobel sülh mükafatının laureatı açıqlanıb. Sputnik Azərbaycan "Telegraph"a istinadən xəbər verir ki, mükafat Nüvə Silahının Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya olan "ICAN"a verilib.
"İCAN" nüvə silahından istifadənin səbəb olduğu humanitar fəlakətlərə diqqət yönəldilməsi sahəsindəki xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, bu il Nobel sülh mükafatına 215 şəxs və 103 təşkilat namizəd verilib.