BAKI, 5 oktyabr — Sputnik. Meksikanın Azərbaycandakı Səfirliyi ölkəsinin lyuks turizm imkanlarının geniş spektrini bugün, 5 oktyabr tarixində, Bakıda baş tutan Prime Travel Market-də təqdim etməkdədir. Bu barədə Sputnik Azərbaycan-a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Meksika dünyanın 8 ən çox ziyarət olunan ölkəsindən biri olmaqla yanaşı, dünyada yüksək səviyyəli turizm üzrə birinci istiqamətdir. Həmçinin, ölkə lyuks tətil istiqamətinin bütün elementlərini özündə cəmləşdirir: Karib dənizinin parlaq və ağ çimərlikləri, Sakit okean sahillərində inanılmaz dalğalar, çiçəklənən meqapolislər, ispanlara qədərki xarabalıqlar, dünya səviyyəli mətbəx və hər dəfə artan mükəmməl otellər seçimi.
Detallara diqqət lyuks turizmin əsas xüsusiyyətlərindən biridir. Bu baxımdan, Meksikada ən tələbkar istəklərə cavab verən istiqamətlər mövcuddur. Los Kabos, la Riviera Maya, Kankun, İkstapa və Puerto Vayarta kimi çimərlik zonaları yüksək eleqantlıq restoran və otelləri təklif edir. Xidmət, mətbəx və, əlaxsus, ekzotik dəniz görüntüsü və ya meşə və selvaların mistikası turistləri özlərini göyün yeddinci qatında hiss etməklərinə səbəb olur. Eksklyuziv istirahət yalnız çimərlik zonalarında təklif olunmur, belə ki, San Miqel de Ayende, Oaxaka və ya Mexiko şəhərində müstəmləkə keçmişi lyuks detallar ilə vəhdət təşkil edir.