BAKI, 6 oktyabr — Sputnik. Venesuela prezidenti Nikolas Maduro Türkiyəyə rəsmi səfər edib. Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Maduro Ankara universitetində tələbələr qarşısında mühazirə oxuyub. O, dünyada əməkdaşlığa, sülhə və bərabərliyə söykənən tarazlıq üzərində yeni güc mərkəzlərinin yaranacağını, beləliklə də ədalətin bərpa ola biləcəyini deyib.
Venesuela lideri Türkiyə prezidenti Ərdoğanın "dünya beşdən böyükdür" şüarına oxşar ifadə də səsləndirib: "Dünya ancaq bu formada daha ədalətli yer ola bilər. Tarazlıq ancaq bu yolla mümkündür. Çünki dünya bir neçə ölkədən daha böyükdür".
Sonda Nikolas Maduro Ankara Universitetinin rektoru Ərkan İbişdən bir xahiş də edib. O, təməli eks-prezident Uqo Çavez tərəfindən qurulan Bolivar Universitetində türk dili fakültəsinin açılmasını istəyib.
Rektor latın liderin təklifinə müsbət yanaşıb.