Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ortada çürümüş cəsəd və ucu xaricə gedib çıxan ehtimal var

© Sputnik / Irade JELILKanal, arxiv şəkli
Kanal, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində çürümüş kişi meyiti tapılıb

BAKI, 6 oktyabr — Sputnik. Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində çürümüş kişi meyiti tapılıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cəsəd oktyabrın 5-də kanalın axınının təmizlənməsi zamanı aşkarlanıb. Patoloqoanatomlar cəsədi tədqiq edərkən, onun iki aydan da əvvəl öldüyünü müəyyən ediblər.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Kişinin şəxsiyyəti də hələlik məlum edilməyib. Hüquq mühafizəçilərinin sözlərinə görə, meyit Samur-Abşeron kanalının öz mənşəyini götürdüyü Rusiya Federasiyasından da axıb gələ bilər.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0