O, həyatının bir ilini yataqda keçirməyə məcbur olub. Amma bütün ömrünü yataqda keçirmək fikri ilə barışmayıb. Saç qırxmağı öyrənərək, valideynlərinin köməyilə kiçik bərbərxana açıb.
Elçin Musayev 5 il öncə uşaqlıqdan sevdiyi qızla ailə həyatı qurub. Bütün ev işlərində həyat yoldaşı ona həyan olur. Hələ övladları olmasa da, öz körpəsini qucağına alacağı, yeriyə biləcəyi günün uzaqda olmadığına çox inanır. Bunun üçün isə onun köməyə ehtiyacı var.