Əli Həsənov: “Dövlət dilinin saflığının qorunması böyük əhəmiyyət kəsb edir”
“Milli dövlətçiliyin yaranmasında və inkişafında dil mühüm rol oynayır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
“Dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğının göstərilməsi böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan nöqsanlar bu gün də aradan tam qaldırılmayıb” — deyə o bildirib.