CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya gələn əfqan qaçqını taliblərin vəhşiliklərini anladıb

© AFP 2024 / WAKIL KOHSARБоевики движения Талибан. Архивное фото
Боевики движения Талибан. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
ADA universitetinin tələbəsi olan əfqan qaçqın taliblərin olmadığı Əfqanıstana qayıtmağı arzulayır

BAKI, 6 oktyabr — Sputnik. Ötən il taliban rejimindən qaçıb Bakıya sığınan əfqan qaçqın Behzad Sadiq öz vətəninə qayıtmağı arzu edir.

Bunu Sputnik Azərbaycan-a Sadiq özü deyib. Öz həyatının bütün çətinliklərinə baxmayaraq, o, hazırda Azərbaycan Diplomatik Akademiyasının tələbəsidir.

Daha əvvəl Sputnik Azərbaycanın verdiyi məlumata görə, Taliban rejimindən qaçan 100-dən artıq Əfqanıstan vətəndaşı sığınacaq üçün Azərbaycana müraciət edib və hazırda onların işinə baxılır. Bu ölkənin 500-dən artıq vətəndaşına b2017-ci ilin avqust ayına olan məlumata görə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı tərəfindən Azərbaycanda qaçqın statusu verilib. Əfqanlar sayına görə Azərbaycandakı xarici qaçqınlar arasında birinci yeri tutur. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkə ərazisində minə qədər Əfqanıstan qaçqını yaşayır. 

Члены движения Талибан, Афганистан, фото из архива - Sputnik Azərbaycan
Taliban rejiminin əleyhdarı olan əfqanlar Azərbaycandan sığınacaq istəyib

"Mən bura 2016-cı ilin martında həyat yoldaşımla birlikdə gəlmişəm. Üç ay sonra, iyul ayında Kabulda "Taliban" hərəkatı növbəti terror aktını həyata keçirib. Nəticədə mənim 50-dən artıq dostum ölüb və yüzlərlə insan yaralanıb. Onlar hazırkı rejimin əleyhinə keçirilən aksiyaların iştirakçıları olublar. Terrorçular etirazçılar arasında canlı bombanı partlatdılar. Əgər mən də Əfqanıstanda qalsaydım, indi taliblərin qurbanları arasında idim" — deyə 33 yaşlı əfqan qaçqın bildirib.

Sadiqin sözlərinə görə, öz ölkəsində özəl şirkətdə işləyib. O, Talibanın xüsusi nifrət bəslədiyi "xəzər"lərdəndir: "Mən taliblərin hakim olmadığı əyalətdə yaşayırdım. Buna baxmayaraq, mən həyatda onlarla qarşılaşmalı olurdum. Onlar zorla öz "dini" baxışlarını təlqin edir, adamları saqqal saxlamağa və türban geyinməyə məcbur edirlər. Biz daim qorxu altında yaşayırdıq və bu, dözülməz idi."

Sadiq deyir ki, Talibanın nəzarəti altında olan yerlərdə ən kiçik itaətsizlik ölümlə cəzalandırılır. Onlar adamları məhkəmə və istintaq olmadan cəzalandırırlar. Edam edilmiş adamların cəsədlərini Kabuldakı parkda nümayiş etdirirlər.

Sadiq Əfqanıstan üçün çox darıxır və taliblərin artıq təhlükə yaratmadığı bir vaxtda ora qayıtmağı arzulayır. 

Боевики группировки Талибан. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Taliblər 70 dinc sakini girov götürüblər

Qeyd edək ki, ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatları 16 ildir davam edir. Eurasia daily-nin məlumatına görə, bu müddət ərzində Vaşinqton "əfqan millətinin yenidən inşası" üçün 800 milyard dollar vəsait sərf edib. Nəticədə "Taliban" ölkəyə nəzarəti öz əlinə almaqdadır və artıq Əfqanıstanın 40%-nə nəzarət edir.

Prezident Donald Tramp bəyan edib ki, ABŞ Əfqanıstanda fəaliyyət strategiyasını dəyişərək terrorçuları məhv edəcək, "millət inşa etməyəcək". Hazırda Əfqanıstanda Amerikanın hərbi kontingenti 8,4 min nəfər (5 min nəfər isə koalisiya qüvvələridir) təşkil edir və bu say artırılır. Qoşunların sayı gizli saxlanılacaq, komandanlığı isə həmin kontingent öz əlinə alacaq. Onlar müstəqil qərarlar qəbul edəcək və hücum əməliyyatlarını həyata keçirəcəklər.

Xəbər lenti
0