Daha bir əyalət müstəqillik tələbinə başladı

© REUTERS / Michael DalderMünhen şəhəri
Münhen şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
"Müstəqil dövlət qurmaq bizim də haqqımızdır"

BAKI, 6 oktyabr — Sputnik. Kataloniyanın İspaniyadan ayrılmaq istəməsi və müstəqillik referendumu keçirməsi, Avropada "domino" təsiri yaradıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu dəfə Almaniyanın Bavariya əyaləti eyni addımı atmaq niyyətindədir.

Təklifi, 1946-cı ildə qurulan "Bavariya" siyasi partiyası verib. Partiya rəsmiləri əyalətdə, Almaniyadan çıxmaq üçün kampaniyaya başlayıblar.

Almaniyalı tanınmış jurnalist Kladio Vanger, bugünkü köşə yazısında yazıb: "Sözügedən partiya Bavariya əyalətində yaşayanların almanlardan fərqli dildə danışmalarını əldə kart kimi istifadə edəcəklər. Böyük ehtimalla bu, belə olacaq".

Artıq "Bavariya" partiyası özünün "Facebook" səhifəsində Almaniyadan ayrılmaq istədiklərini rəsmən bəyan edib. "Müstəqil dövlət qurmaq bizim də haqqımızdır" — partiyadan bildirib.

Xəbər lenti
0