Sahib Alıyev: “Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı onların özündən asılıdır”
“Azərbaycan Avropa Şurasını tərk etsə, həyatımızda heç nə dəyişməyəcək”. Bunu prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
Milli Məclisin deputatı Sahib Alıyev Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan prezidentinin verilən suallara cavabı bizim Qərblə əməkdaşlığımızın qiymətləndirilməsi baxımından əhəmiyyətlidir: “Avropa Şurasından çıxmağa gəldikdə isə prezidentin cavabları həm keçmişdəki fəaliyyətə qiymətləndirmə, həm də xəbərdarlıq idi. Bu cavabları dinləyənlərin ondan çıxarmalı olduğu dərslər var”.