BAKI, 5 oktyabr — Sputnik. Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 22 nəfərə çatıb.
Hadisə Çal-Maqsi şəhəri yaxınlığında baş verib. Belə ki, intiharçı-kamikadze məbədə daxil olan zaman polislər onu saxlamaq istəyərkən partlayıcı qurğunu işə salıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında ən azı iki polis var.
Hələlik heç bir terrorçu qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.