BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin sabiq müşaviri, Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl (Rafiq Bəy İsmayıl) bu gün dünyasını dəyişib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə onun oğlu, Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan, politoloq Toğrul İsmayıl öz "Facebook" səhifəsində məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rafiq bəyin səhhətində qəfil problem yaranıb. O, xəstəxana şəraitində müalicə olunurdu.
Allah rəhmət eləsin!