BAKI, 5 oktyabr — Sputnik. Latviyanın ikinci böyük şəhəri olan Dauqavpilsin meri Rixard Eyqimis latış dilini yaxşı bilmədiyinə görə cərimə olunub.
"Report" xəbər verir ki, cəza respublikanın Dövlət Dili Mərkəzi tərəfindən həyata keçirib.
İdarə dörd şikayət əsasında yoxlama aparıb. Eyqimis cərimə ödəməli və altı ay ərzində öz dil biliklərini təkmilləşdirməlidir.