CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Respublika əhəmiyyətli yolda hərəkət bərpa olundu

Abunə olmaq
"Azəravtoyol" ASC: Lənkəran-Lerik avtomobil yolu nəzarətdə saxlanılır

BAKI, 5 oktyabr — Sputnik. Lerik rayonunda sel sularının yaranması və sürüşmənin aktivləşməsi nəticəsində Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində dağ yamaclarından yolun hərəkət hissəsinə qaya parçaları, palçıq və ağac tökülüb.

© Photo : "Azəravtoyol" ASC-nin mətbuat xidməti"Azəravtoyol" ASC-nin nəzarəti altında qalmış yol
Azəravtoyol ASC-nin nəzarəti altında qalmış yol - Sputnik Azərbaycan
"Azəravtoyol" ASC-nin nəzarəti altında qalmış yol

"Azəravtoyol" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

"Əraziyə dərhal "Azəravtoyol" ASC-nin əməkdaşları və ağır texnikası cəlb olunub. Qısa müddət ərzində yolun hərəkət hissəsi qaya, palçıq və ağac qalıqlarından təmizlənərək nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Hazırda yol nəzarət altında saxlanılır" — deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0