"Mən 2048-ci ildə yaşayıram, yadplanetlilər məni içizdirdilər"

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
"Mən əslində 2048-ci ildə yaşayıram. Yadplanetlilər məni içizdirib 2017-yə göndəriblər, xahiş edirəm, məni geri qaytarın"

BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın Vyominq ştatında gələcəkdən — 2048-ci ildən gəldiyini iddia edən adam həbs olunub. Braynt Conson adlı sərxoş amerikalı, əslində 2018-ci ilə gəlmək istədiyini, ancaq səhvən 2017-yə gəldiyini söyləyib.

Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, polis həmin şəxsin əqli tarazlığının yerində olmadığına qərar verərək bölməyə aparıb. Polisə müqavimət göstərməyə çalışan Braynt Conson, iddiasını sübut eləmək üçün şəhərin meri ilə görüşmək istədiyini bildirsə də, polis ona imkan verməyib.

"Mən, əslində 2048-ci ildə yaşayıram. Yadplanetlilər məni içizdirib 2017-yə göndəriblər, xahiş edirəm, məni geri qaytarın" — amerikalı sərxoş deyib.

Xəbər lenti
0