Eyni anda bir neçə kadr dəyişikliyi baş verdi

Abunə olmaq
İdarə rəisi müvafiq əmr verib

BAKI, 5 oktyabr — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət müəssisəsinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
İlham Əliyevdən 2 mühüm kadr dəyişikliyi

Bildirilib ki, Q. Abbasov adına mədəniyyət sarayının direktoru Məmməd Rza oğlu Rzayev tutduğu vəzifədən azad olunaraq, Şağan qəsəbə klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H. Abbasov adına mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

İdarə rəisinin digər əmrinə əsasən R. Aboyev adına mədəniyyət və istirahət parkının direktoru Fikrət Zinun oğlu Urucəliyev tutduğu vəzifədən azad olunaraq, Q. Abbasov adına mədəniyyət sarayının direktoru vəzifəsinə təyin edilib.

Xəbər lenti
0