BAKI, 5 oktyabr — Sputnik. Mərkəzi Afrika ölkəsi olan Nigeriyada, dünən amerikalı hərbçilərə hücum olub. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç əsgər ölüb, iki əsgər yaralanıb.
Məlumatı ABŞ Müdafiə Nazirliyi də təsdiqləyib. Xəbərə görə, silahlı insident Nigeriyanın paytaxtı Niameyin 190 km şimalında, Mali ilə sərhəddə baş verib.