Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlar üçün mühüm xəbər: yeni yoxlama növü tətbiq olunacaq

© Sputnik / Vladimir FedorenkoPortfel
Portfel - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda sahibkarlıq sahəsində reyestrə salınmayan yoxlamalara icazə verilib

BAKI, 4 oktyabr — Sputnik. Azərbcanda sahibkarlıq sahəsində aparılan bəzi yoxlamaların reyestrə salınmadan da aparılması mükün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilib.

Əsasnamənin 1.5-ci maddəsinə görə, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Amma dövlət başçısının bu gün imzaladığı fərmanda isə həmin maddəyə 1.5-1 bəndi əlavə edilib. Yeni bənddə göstərilir ki, bu əsasnamənin müddəaları cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir.

Xəbər lenti
0