BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğu, biri siyasətçi, biri yazıçı, ikisi tanınmış jurnalist olmaqla, 4 nəfər Türkiyə vətəndaşı barəsində cinayət işi açıb.
— Ufuk Uras (@UfukUras) 4 июня 2017 г.
Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, siyasətçi Ufuk Uras, yazıçı Sait Çetinoğlu, jurnalistlər Ali Bayramoğlu və Erol Katırcıoğlu, rəsmi Bakının icazəsi olmadan Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. Üstəlik onlar, qondarma Respublikanın rəhbərliyi ilə də görüş keçiriblər.
Azərbaycan Baş Prokurorluğunun yazılı bəyanatında qeyd olunur: "Biz təyin etdik ki, adları çəkilən şəxslər 22 sentyabr tarixində, Azərbaycan rəsmi qurumlarının icazəsi olmadan Ermənistan üzərindən Dağlıq Qarabağa keçiblər. Onlar dövlət sərhəddini qeyri-qanuni keçdikləri üçün haqlarında cinayət işi açılıb".
Rəsmi Bakı həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilmələri üçün Türkiyə dövlətinə müraciət ünvanlayıb.