Film kimi cinayətin qarşısı alındı

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət reallaşdırılacağı təqdirdə Braziliya tarixində ən irimiqyaslı soyğunçuluq olacaqmış

BAKI, 4 oktyabr — Sputnik. Braziliyanın San Paulu şəhərində bankı qarət etməkdə şübhəli bilinən 16 şəxsi saxlayıb. APA-nın verdiyi xəbərə görə, cinayətkarlar “Banco do Brasil” bankının xəzinəsinə aparan 500 metr uzunluğunda tunel qazıblar. Polisin məlumatına görə, tunelin inşasına 1 mln. dollar xərcləyən qarətçilər bankdan azı 1 milyard real (318 mln. dollar) oğurlamaq niyyətində olublar.

Cinayət reallaşdırılacağı təqdirdə Braziliya tarixində ən irimiqyaslı soyğunçuluq olacaqmış.

Qeyd edək ki, bundan əvvəl Braziliya Mərkəzi Bankının qarət edilməsində tuneldən istifadə olunmuşdu. Cinayətkarlar bankdan 52 mln. dollar oğurlamağa müvəffəq olmuşdu. 

Xəbər lenti
0