Tramp terrorçuya "dəli və axmaq" dedi, ortalıq qarışdı

© AP Photo / Evan VucciABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Trampın amerikalı terrorçu haqda işlətdiyi "dəli, axmaq" ifadəsinə "NBC" telekanalının baş redaktoru Mark Murrey da sərt reaksiya verib

BAKI, 4 oktyabr — Sputnik. "İŞİD-in elədiklərinə terror deyən Tramp, niyə ağdərili amerikalının törətdiyi vəhşəti terror adlandırmır?". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə amerikalı tanınmış professor, siyasi şərhçi Kreyq Konsidayn özünün "Twitter" səhifəsində yazıb.

"Cənab Tramp deyir ki, Las-Veqası qana bulayan, 59 insanın ölümünə, 600 adamın yaralanmasına səbəb olan amerikalı ağdərili Stefen Paddok dəlidir, başı çatmır. Ancaq İŞİD-in səbəb olduğu istənilən hücumu terror adlandırır" — professor qeyd edib.

Prezident Trampın amerikalı terrorçu haqda işlətdiyi "dəli, axmaq" ifadəsinə "NBC" telekanalının baş redaktoru Mark Murrey da sərt reaksiya verib.

"2015-ci ildə Kaliforniyanın San Bernardino şəhərində İŞİD-in səbəb olduğu hadisəyə terror deyən Tramp, nədənsə daha çox insanın öldüyü, yaralandığı Las-Veqas hadisəsinə terror demək istəmədi. Çünki terrorçu ağdərili amerikalı idi, bəlkə də buna görə, kim bilir?!"

Xatırladaq ki, Stiven Paddok, oktyabrın 2-nə keçən gecə Las-Veqasda açıq hava konsertinə qatılan minlərlə adama, qaldığı otelin 32-ci mərtəbəsindən avtomatik silahdan dayanmadan atəş açıb. Son məlumatlara görə, hadisədə 58 nəfər dünyasını dəyişib, 529 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Xəbər lenti
0