BAKI, 4 oktyabr — Sputnik. Son günlər yağan yağıntıların təsirindən Bakıdakı bir sıra subasma sahələrində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakıdakı Zığ-1 sürüşmə ərazisində lokal sahələrdə təbii (atmosfer yağıntıları) texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib: "Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Məlikaslanov küçəsi və ətraf əarzilərində təbii amillərin təsirindən sürüşmə prosesinin dinamikasında akltivlik qeydə alınıb".
Qaralovun sözlərinə görə, Masazır qəsəbəsində — "Zəli gölü" adlanan ərazidə təbii və texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb: "Abşeron rayonu, Masasız qəsəbəsində M.İbrahimov küçəsi və ətraf ərazilərdə, "Zəli gölü" adlanan ərazidə, Nübar qəsəbəsi sürüşmə sahəsindəson günlər əraziyə düşən yağıntıların təsirindən aktivləşmə qeydə alınıb".
O, bildirib ki, Lənkəran-Lerik yolunun 27-29-cu km-liyinin sürüşmə sahəsində atmosfer çöküntülərinin təsərindən sürüşmə prosesi fəallaşıb, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə olunur: "Atmosfer yağıntılarının təsirindən Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud olan sürüşmə sahəsinin paramentrlərində artım müşahidə edilib. Bununla yanaşı Xızı-Altıağac yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin parametrlərində nsbi artım qeydə alınıb və yol boyu bir necə yerdə yeni uçqun hadisəsi baş verib".