ELM

"Böhran dövründə müəllimliyə maraq artıb"

© Sputnik / Murad OrujovДиректор Института профессионального развития работников образования министерства образования Вяфа Ягублу
Директор Института профессионального развития работников образования министерства образования Вяфа Ягублу - Sputnik Azərbaycan
Abunə olmaq
"Müəllim kadrlarının işə qəbulunda 5 min vakant yer üçün 40 min nəfər müraciət edib"

BAKI, 4 oktyabr — Sputnik. "Son 3 ildə müəllim peşəsinə maraq artıb". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu deyib.

"Bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə ixtisaslı müəllim kadrlarının işə qəbulunda 5 min vakant yer üçün 40 min nəfər müraciət edib" — o bildirib.

"Bunun da öz obyektiv səbəbləri var. Böhran dövründə bu peşəyə maraq daha da yüksəlib. Təhsil həm də dövlət siyasətidir. Biz istəyirik ki, cəmiyyətdəki neqativ dəyişiklikləri müəllimin əli ilə düzəldək" — Yaqublu əlavə edib.

Xəbər lenti
0