ELM

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

© Sputnik / Murad OrujovПресс-конференция, приуроченная ко Дню учителя в мультимедийном пресс-центре Sputnik Азербайджан
Пресс-конференция, приуроченная ко Дню учителя в мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Müəllimlər Günü ərəfəsində Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təhsil sahəsinin ekspertlərinin iştirakı ilə tədbir keçirilib

BAKI, 4 oktyabr — Sputnik. Ümumdünya Müəllimlər Günü (World Teachers' Day) 1994-cü ildən etibarən hər il 5 oktyabrda qeyd olunur. Müəllimlər Günü ərəfəsində — oktyabrın 4-də Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təhsil sahəsinin ekspertlərinin iştirakı ilə tədbir keçirilib.

Manat, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müəllimlərin əməkhaqqları artırıldı — rəsmi

Sputnik Azərbaycan xəbər verir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu müəllim peşəsinə artan maraqdan danışıb: "Son 3 ildə müəllim peşəsinə maraq artıb. Bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə ixtisaslı müəllim kadrlarının işə qəbulunda 5 min vakant yer üçün 40 min nəfər müraciət edib. Müəllim peşəsinə artan marağın da bir neçə səbəbi var. Böhran dövründə bu peşəyə maraq daha da yüksəlib. Təhsil həm də dövlət siyasətidir. Biz istəyirik ki, cəmiyyətdəki mənfi dəyişiklikləri müəllimin əli ilə düzəldək".

Təhsil eksperti Məlahət Mürşüdlü də son illər müəllimlik peşəsinə marağın artdığını deyib: "Bunun müxtəlif səbəbləri var. Şirkətlər bağlanır və burada çalışan müəllimlər məktəblərə qayıtmaq məcburiyyətində qalıblar. Məktəblərin daimi iş yeri olması bunun səbəblərindən biridir. Təhsil Nazirliyinin apardığı işlər də müəllimlik peşəsinə marağı artırıb. Bununla yanaşı, müəllimlərin əmək haqqı yüksəldilməli, onlara dövlət məmuru statusu verilməlidir".

Təhsil eksperti Nadir İsrafilov deyib ki, Təhsilə dair Dövlət Strategiyasında nəyə görə müəllim nüfuzunun zəiflədiyi, aşağı düşdüyü göstərilib: "Burada ilk səbəb kimi peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, ikinci səbəb kimi təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi göstərilib. Digər səbəb isə müəllimin hazırlanması üzrə infrastrukturun zəif olmasıdır. Ona görə də strategiyada xüsusi prioritetlər müəyyənləşib. Ən birinci məsələ müəllim nüfuzunun yüksəldilməsidir. Bu istiqamətdə artıq işlərə başlanılıb".

Təhsil eksperti Kamran Əsədov son illərdə orta ümumtəhsil məktəblərində çalışmaq istəyən müəllimlərin sayında artım olduğunu deyib: "2009-cu ildə ilk dəfə Bakı şəhəri üzrə müəllimlik üçün 3360 vakant yer müsabiqəyə çıxarılıb, 700-dən çox ərizə verilib, 2011-ci ildə isə bu proses bütün ölkəni əhatə edib. 2016-cı ildə 3 min vakant yerə 33 min sənəd verilibsə, 2017-ci ildə 10 mindən çox vakant yerə 52 min elektron ərizə qəbul edilib. Bu gün məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin sayı 6 mindir. Onların aldıqları aylıq əmək haqqı 120 manatdır". 

K.Əsədov deyib ki, Sinqapurda müəllim illik 55 min dollar əmək haqqı alır: "Misirdə müəllimlər illik 11 min dollar alırlar. Türkiyədə isə müəllimlər illik 30 min dollardan çox alırlar. Çünki Türkiyədə müəllimlər də kateqoriyalara bölünür – elmi dərəcəsi olan və olmayanlara. Azərbaycanda isə elmi dərəcəsi olan müəllimlərin əmək haqqına 40 manat əlavə edilir. Türkiyədə isə bu rəqəm 700 dollardır".

Onun sözlərinə görə, müəllimin nüfuzunun qaldırılması ilə bağlı müəllimlərə dövlət qulluqçusu statusu verə bilmiriksə, ən azından müəllimləri kommunal xərclərdən azad etməliyik: "Bu, dövlət büdcəsi üçün yük deyil. Təklif edirəm ki, müəllimin nüfuzunun qaldırılması üçün onlar bütün kommunal xərclərdən azad edilsinlər. 56 faizə yaxın müəllim 250 manat əmək haqqı alır. Əmək haqqı kommunal xərclərə gedir".

Xəbər lenti
0