Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 4 oktyabr — Sputnik. Lənkəranda naməlum kişi meyiti tapılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, meyit Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində, yol kənarında aşkar edilib.
Meyit müayinə olunmaqdan ötrü Lənkəran morquna gətirilib və ölümün baş vermə səbəbləri araşdırılır. Hazırda ölən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır.