Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın bu bölgəsində fəlakət: insanlar təxliyə edilir

© Sputnik / Irade JELILSu altında qalmış küçə, arxiv şəkli
Su altında qalmış küçə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Lənkərançayın daşması nəticəsində Lənkəranın Sütəmurdov kəndində onlarla evi su basıb.

Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən hazırda FHN evləri su basmış sakinləri təxliyə edir. 10-a yaxın ailəni su basmış evlərdən çıxarırlar. Bildirək ki, hazırda ərazidə yağan leysan yağışlarından sonra yaranan fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yağan leysan tipli yağışlar Masallıda da bir sıra fəsadlara səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, Boradigah çayının məcrasından çıxması nəticəsində 100-ə yaxın yaşayış evinin həyətyanı sahəsini və evlərin zirzəmilərini su basıb. Fəsadların aradan qaldırılması üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarovun Sputnik-ə verdiyi məlumata görə, qısa müddət ərzində sel suları texnikanın köməkliyi ilə ərazidən kənarlaşdırılacaq. Məlumat üçün bildirək ki, bölgədə leysan tipli yağıntılı hava davam etməkdədir.

Xəbər lenti
0