BAKI, 4 oktyabr — Sputnik. Ötən gün görmə və eşitmə qabiliyyətini itirmiş müxtəlif mahnıların, "İtalyancanca Azərbaycanca" lüğətinin müəllifi Mətanət Tağıyeva haqqında saytımızda məqalə işıq üzü gördü. Məqalədə M. Tağıyevanın problemlərindən söz açmışdıq. Qeyd edək ki, M. Tağıyeva 2012-ci ildən görmə qabiliyyətini, iki il öncə isə eşitmə qabiliyyətini tamamilə itirib. Hazırda bacısı və anası isə Yasamalda yaşayan M. Tağıyevanın müəyyən ehtiyacları var.
Bu gün M. Tağıyevanın bacısı Aygün xanım redaksiyamızla əlaqə saxladı və bildirdi ki, məqalə yayınlandıqdan sonra İtaliya səfirliyindən "İtalyanca-Azərbaycanca" lüğəti ilə bağlı əlaqə saxlayıblar.
Aygün xanım ümid edir ki, aidiyyatı qurumlar da məsələyə laqeyid qalmayacaqlar.