BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanlı Samir Sadıqov Amerikanın məşhur avtomobil şirkəti olan Rezvani Motors üçün "Tank" adlı yolsuzluq avtomobili yaradıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Sadıqov özü Facebook səhifəsində məlumat verib. O, Facebookda bu avtomobillə birgə şəklini də paylaşıb.
"Nəhayət, həmin gün gəldi, mən Rezvani Motors üçün ikinci dizaynımı təqdim edirəm" — deyə Sadıqov yazıb.
Yolsuzluq avtomobili ekstremal şərtlər üçün nəzərdə tutulub. Tankın kapotunun altında Chrysler-dən götürülmüş və təkmilləşdirilmiş 6,4 litrlik V8 var — onun elan edilmiş gücü 500 at gücüdür, lakin istehsalçı 100 kilometri qət etmə sürətini və yanacaq sərfiyyatını açıqlamayıb. Yolsuzluq avtomobilinin qiyməti 178 min dollardan başlayır. O, 2017-ci ilin sonlarında hazır olacaq.
Samir Sadıqov artıq uzun illərdir ki, avtomobillərin düzəldilməsilə məşğul olur. Bu, onun Amerika şirkəti ilə ikinci əməkdaşlığıdır. Buna qədər o, Rezvani Beast-in idman avtomobilini yaradıb. Həmin avtomobil Ameriak müğənnisi Kris Braunun klipində "işıqlandırılıb".