Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

SSRİ Xalq artistinin yubileyinə xüsusi tamaşa həsr ediləcək

© Sputnik / Murad OrujovOpera və Balet Teatrının binası
Opera və Balet Teatrının binası - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. Tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunub. Məlum olduğu kimi, vaxtilə Milanda və Kiyevdə peşəkar musiqi təhsili alan Şövkət xanım uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olmuş və Teatrın səhnəsində bir çox parlaq obrazlar — Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. yaradıb.

Ölməz sənətkarın xatirəsinə həsr edilmiş tamaşada Teatrın aparıcı solistləri — Respublikanın Əməkdar Artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), Xalq Artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcək.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Xəbər lenti
0